Görkəmli yazıçının xatirəsi anılıb
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun 115 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Süleyman Rəhimov haqqında slaydın nümayişi ilə başlanıb.
Tədbirdə, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub S.Rəhimovun bənzərsiz yaradıcılıq nümunələrindən, nəsrimizə bəxş etdiyi ölməz əsərlərdən söz açıb və onun qələm məhsullarını yüksək dəyərləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, institutun baş elmi işçisi Tehran Əlişanoğlu və başqaları Süleyman Rəhimovun yaradıcılığı, əsərləri, “Şamo” romanı haqqında məlumat veriblər.
Çıxış edənlər Süleyman Rəhimovun XX əsr Azərbaycan nəsrində xüsusi mövqeyə malik olduğunu vurğulayıblar. Yaratdığı möhtəşəm obrazlar qalereyası ilə hər zaman anılacaq yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğu bildirilib.
Tədbirin sonunda xalq yazıçısının oğlu Aqil Rəhimov çıxış edərək, atasına və onun yaradıcılığına yüksək qiymət verildiyinə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47