“Ultra HD” formatı gəlir
Analitik şirkətin nümayəndəsi bildirib ki, əsas tendensiya bütün tip platformalarda “HD” məzmunun nüfuzetmə səviyyəsinin artımıdır. Analitiklərin hesablamasına görə, ötən ilin nəticəsinə görə qlobal ödənişli televiziya sənayesinin ümumi bazasında “HD” məzmun abunəçilərinin nüfuzetmə səviyyəsi artıq 44 faizə çatıb.
"ICTnews" elektron xəbər xidməti “iksmedia.ru” saytına istinadən bildirir ki, “HD” məzmunun nüfuzetmə səviyyəsi üzrə ən böyük göstərici Qərbi Avropa və Şimali Amerikada qeydə alınıb. “ABI Research”in proqnozuna görə, 2020-ci ildə “HD” məzmunun qlobal abunə bazasındakı nüfuzetmə səviyyəsi 60 faizə çata bilər.
Məntiqli görünən odur ki, ödənişli televiziya sənayesinin inkişafında növbəti mühüm mərhələ “4K/Ultra HD” xidmətlərinə keçid olacaq. ABŞ-ın “DirecTV” peyk provayderi “HD DVR” əlavəsi əsasında öz abunəçiləri üçün dünyada ilk “4K” xidmətini istifadəyə verib. Cari ilin martında “DirecTV”-nin vitse-prezidenti Filip Qosvits “4K” texnologiyasını peyk sənayesi üçün "killer application" adlandırıb. O hesab edir ki, 2020-ci ilədək onun şirkəti “Ultra HD” formatında təxminən 50-70 telekanal yayımlayacaq.
Peyk operatorları “Ultra HD” formatına daha sürətli keçirlər. 2015-ci ilin martında “J-Sat”a məxsus Yaponiyanın “SkyPerfecTV” operatoru “4K/Ultra HD TV” formatında iki kanalın yayımına başlayıb. Bu, ödənişli televiziya sənayesi üçün əlamətdar hadisə olub, çünki hazırda dünyada əlçatan “4K” kanalların sayı barmaqla sayılası qədərdir; onların əksəriyyəti sınaq variantında yayımlanır. “SkyPerfecTV” operatoru kanalların yayımlanmasına təxminən 200 milyon yen (təxminən 1,6 milyon dollar) sərmayə yatırıb.
Yaponiyanın “NHK” yayım şirkəti cari il ilk “4K” formatlı kanalını sınaqdan keçirəcək və 2018-ci ilədək artıq bazara üç belə kommersiya kanalı çıxarmalıdır. Şirkət 2020-ci ilədək 6 belə kanal istifadəyə verməyə hazırlaşır, onlardan biri “8K” (“Super Hi Vision”) formatında yayımlanacaq.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25