Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

APA-nn məlumatına görə,  paytaxt sakini Hacıyev Ruslan Aydın oğlu 39-cu polis bölməsinə müraciət edərək işlədiyi mağazadan mobil telefonun oğurlanması ilə bağlı məlumat verib.

 

Polisin əməliyyatı nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Cəlilov Elçin İlqar oğlu saxlanılıb. Polis şöbəsində ilkin dindirilmə zamanı o, cinayəti boynuna alıb.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.