Akamai Technologies şirkəti DDoS hücumlarla bağlı vəziyyət haqda hesabat təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən toplanılmış statistikaya əsasən, əvvəlki kimi dünyada DDoS hücumların əksəriyyəti Çinin payına düşür.
 
2014-cü ilin dördüncü rübündə DDoS hücumlardan gələn zərərli trafikin 41 faizi Çindən həyata keçirilib. ABŞ bu göstərici üzrə ikinci pillədə qərarlaşıb. Bununla belə, mütəxəssislər çinli və amerikalı hakerlərin fəallığının bir qədər azalmasını qeydə alıblar.
 
Həmçinin Tayvan, Türkiyə, Cənubi Koreya, Braziliya, Almaniya və Honkonq tərəfindən hücum trafikinin artımı müşahidə olunub.
 
Tədqiqata əsasən, ötən ilin oktyabr-dekabr aylarında Şimali və Latın Amerikası regionları 177 dəfə haker hücumuna məruz qalıb. Bu göstərici üzrə ikinci pillədə (98 dəfə) Asiya-Sakit okean regionu, üçüncüdə isə EMEA (Avropa, Yaxın Şərq və Afrika) qərarlaşıb.
 
Milli.Az