Bakı, 29 mart, AZƏRTAC 
Murmanskda akrobatik cığırda tullanma üzrə şəhər birinciliyi keçirilib. Turnirdə Murmanskdan və Koladan 20 idmançı iştirak edib.
Hər bir iştirakçının nəticələri dörd hərəkətin yekunlarına görə müəyyənləşib. Gənc akrobatlar təcrübəli idmançılar ilə bir yerdə mübarizə aparıblar.
Ümumrusiya Azərbaycanlılar Konqresinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Murmansk regional bölmələrinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, Aleksey Kozlov (61,1 bal), Konstantin Romanov (57,9 bal), Diana Smirnova (59,6 bal) və həmvətənimiz, 2000-ci il təvəllüdlü Əhməd Əliyev (58 bal) hərəkətlərin öhdəsindən daha bacarıqla gəliblər.