“İRS-Warisan” jurnalının İndoneziya dilində növbəti nömrəsi nəşr olunub
Cakarta, 29 mart, AZƏRTAC
Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan “İrs” jurnalının İndoneziyada növbəti nömrəsi çapdan çıxıb.
Jurnalın ilk səhifəsində indoneziyalı oxuculara müraciət edən “İRS-Warisan“ jurnalının baş redaktoru Musa Mərcanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək, ermənilərin ata-baba yurdlarında yaşayan azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər və xüsusən də Xocalı qətliamı barədə danışır.
İndoneziyalı müəllif İmas Çoirun Nisa Fuciatinin “Xocalı hadisələri. Faciəni unutmaq olmaz” adlı məqaləsi də ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu faciəyə həsr olunub. Müəllif yazır: “Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu, əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…”.
İndoneziyalı müəllif əminliklə qeyd edir ki, bu cinayət cəzasız qalmayacaq, erməni cəlladları törətdikləri bu qətliamın cəzasını alacaqlar.
Jurnalda tarix elmləri doktoru Aydın Balayevin “1990-cı il 20 Yanvar hadisələrinin səbəb və nəticələri” məqaləsində isə Azərbaycanda ərazi bütövlüyü uğrunda mübarizənin milli azadlıq hərəkatına çevrilməsi, bunun qarşısını almaq üçün keçmiş sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi qanlı cinayət barədə ətraflı məlumat verilir.
Nəşrdə indoneziyalı müəlliflər Prayono Atiyanto, Erna Riyana Devi və Tariyanti Devi Yulitanın “Azərbaycanı gəzərkən”, “Tarixin bir hissəsi: Bakı”, “Azərbaycan çayı” adlı məqalələrində qədim və zəngin mədəniyyətimizdən söz açılır, son illər Azərbaycanın sürətli inkişafı barədə oxuculara ətraflı məlumat verilir.
Bundan başqa, jurnalda H.M.Zərbəliyev və Z.Əsgərlinin “İndoneziya və Azərbaycan ədəbiyyatinda təsəvvüf” adlı məqaləsində qeyd edilir ki, ədəbi, fəlsəfi, dini-ideoloji təlim kimi bütün müsəlman aləmində geniş yayılmış sufizm müsəlman ölkələri və xalqlarının hər birinin ictimai-siyasi və mənəvi-dini vəziyyəti ilə şərtlənən özünəməxsus keyfiyyətlər qazansa da, onların hamısını birləşdirən tipoloji eyniliklərə, oxşarlıqlara da malikdir.
Nəfis tərtibatı ilə seçilən “İRS-Warisan” jurnalının İndoneziyanın dövlət orqanlarına, elmi-tədqiqat institutlarına, universitetlərə və kitabxanalara paylanması nəzərdə tutulub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33