Bakı, 29 mart, AZƏRTAC
Rusiya Federasiyasının Saratov vilayətinin ticari-iqtisadi missiyasının Azərbaycana səfəri planlaşdırılır.
AZƏRTAC Sarinforma istinadla xəbər verir ki, bu barədə Saratov vilayətinin Ticarət-Sənaye Palatasının İdarə heyətinin geniş iclasında məlumat verilib.
TSP-nin mətbuat mərkəzindən bildiriblər ki, hazırda xarici-iqtisadi fəaliyyətdə biznesin maraqları cənuba və şərqə istiqamətlənib. Buna görə də yazda palata Çin, İran və Azərbaycana ticari-iqtisadi missiyalar təşkil edir.