Əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı qəbula yazılan vətəndaşların və daxil olan müraciətlərin həddən az olması əsas götürülərək, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun mart ayının 31-i Ucar rayonunda (Ucar, Zərdab, Kürdəmir, Ağdaş) nəzərdə tutulan vətəndaşlarla görüşü aprel ayının birinci yarısında keçiriləcək.

Bu müddətdə görüşlə bağlı əhali arasında daha dolğun məlumatlandırılma, yüksək səviyyədə təbliğat-təşviqat işlərinin aparılması planlaşdırılır.

Bir daha vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş edilir.

    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Ucar rayonunda 213-37-77

Zərdab rayonunda 296-60-10

Kürdəmir rayonunda 255-15-99

Ağdaş rayonunda 235-51-58