Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) İsveçrənin Cenevrə şəhərində Ümumdünya Radiorabitə Konfransına (ÜRK-15) 2-ci hazırlıq toplantısını keçirir.
 
Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, toplantıda iştirak etmək məqsədi ilə idarənin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin rəisi Mehti Ağagülov İsveçrəyə ezam edilib.
 
Bu gün işə başlayan tədbir aprelin 3-nə qədər davam edəcək.
 
CAHANGİR