ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ağcabədi rayonunun Sarıcalı kəndində qeydə alınıb. Ağdam rayonunun Güllücə kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü Paşayev Gəray Hidi oğlu idarə etdiyi "NAZ Lifan" markalı minik maşınında dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.
Bundan sonra nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılaraq dayanıb. Yaxınları mərhumun bu vaxtadək 3 dəfə infarkt keçirdiyini bildiriblər. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.


MənbəANS PRESS