Masallıda oğurluq edən iki nəfər saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Elşən Həbibov və Müzəffər Rəcəbov tutulublar.

Saxlanılan şəxslər martın 26-da Sığdaş kənd məscidində olan nəzir qutularından oğurluq etməkdə günahlandırılırar.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS