Tovuz, 29 mart, AZƏRTAC
Tovuz rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Rayonun baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-fevral aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 10 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb, 3 baş iribuynuzlu və 5 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxmuş heyvanlar təlimata uyğun olaraq məhv ediliblər.