Bakının Nəsimi rayonundakı Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb. "Azəryolservis" ASC-dən Milli.Az-a bildiriblər ki, bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.

Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtük yenisi ilə əvəzlənib.

Milli.Az