Rusiyanın paytaxtı Moskvada bir müddət əvvəl qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun memorialı dağıdılıb.

ANS PRESS-in məlumatına görə, ötən gecə bir qrup şəxs mərhumun xatirəsinə onun qətlə yetirildiyi yerə düzülmüş gülləri, fotoşəkilləri və şamları dağıdıb. Zorakılıqların kim tərəfindən törədildiyini müəyyən etmək hələlik mümkün olmayıb.

Buna baxmayaraq, insanlar yenidən memorial ziyarət edib, qətlin törədildiyi yerə qərənfillər düzüblər.

Nemtsov fevral ayının 27-sində Kreml yaxınlığında öldürülmüşdü. Faktla bağlı istintaq araşdırması davam edir.
Mənbə
ANS PRESS