Bakı, 29 mart, AZƏRTAC
Bakıda baş verən qəzada avtomobil yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nərimanov rayonunda ”VAZ” markalı minik avtomobili ilə sahibi məlum olmayan “Chevrolet” markalı digər minik avtomobilin toqquşması nəticəsində yanğın baş verib. Nəticədə “Chevrolet”in tamamilə yanıb, digər avtomobil isə yanğından mühafizə olunub.
Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.