[ 29 Mart 2015 01:49 ]



Bakı-APA. ABŞ-ın Los Anceles şəhərində avtomobilin qatarla toqquşması nəticəsində azı  21 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib. Məlumata görə, qəza nəticəsində qatarın iki vaqonu relsdən çıxıb.

 

Yaralılardan 19-u yüngül xəsarət alıb, 2 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.

 

İnsidentin səbəbləri araşdırılır.