Prosineçki: "Bu qələbəni Azərbaycan xalqına Novruz hədiyyəsi edirik"
"Report"un məlumatına görə, bunu Malta yığması ilə Avro-2016-nın seçmə qrup matçından sonra Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Oyundan razı qaldığını bildirən Prosineçki, qeyd edib ki, daha yaxşı çıxış etmək olardı. Bununla belə, xorvatiyalı mütəxəssis 2 qol vurduqlarını nəzərə alaraq, mübarizə əzmini müsbət dəyərləndirib:
"Oyunöncəsi mətbuat konfransında da bildirmişdim ki, çətin olacaq. Çünki rəqib 5 müdafiəçi ilə oynayırdı. Rəqibin cinahlarının zəif olduğunu bilirdik. Bu çatışmazlıqdan yararlanaraq, məhz belə vəziyyətlərdən qol vurduq".
Prosineçki Namiq Ələsgərovun erkən zədələnməsinə təəssüfləndiyini bildirib:
"Həkimlər onun əvəzlənməli olduğunu bildirəndə çox təəssüfləndim. Namiq potensiallı futbolçudur. Zədəsinin ciddilik dərəcəsinə sabah aparılacaq müayinədən sonra aydınlıq gələcək".
Baş məşqçi müdafiə xəttindən də razılıq ifadə edib. Təcrübəli mütəxəssis erkən qol vurduqdan sonra millimizin futbolçularının psixoloji təzyiq səbəbindən 90 dəqiqə hücumameylli futbol oynaya bilmədiklərini söyləyib. O, ehtiyatlı oyunu həm də 3 yeni futbolçunun yığmada yer alması ilə əlaqələndirib. Komandasının tapşırıqlarını yerinə yetirdiyini bildirən Prosineçki, müəyyən vaxta ehtiyac duyduqlarını vurğulayıb:
"Malta böyük futbol ölkəsi olmasa da, belə komandaya qarşı oynamaq çətin idi. Amma üzərimizdə təzyiqin olduğunu və heyətdə yeni futbolçuların yer aldığını nəzərə alaraq, nəticədən razıyam. Top itkiləri olsa da, cinah oyunçuları Əfran İsmayılovla Arif Daşdəmirovun zəif oynadıqları fikri ilə razı deyiləm. Əksinə, Əfranın daha yaxşı gələcəyinin olduğunu düşünürəm. Cavid Hüseynovun indiyədək millidə belə gözəl oyununu görmüşdünüz? Nəyə görə həmişə səhvlər axtarırsınız? Suallardan qorxmuram. Amma yalnız pis tərəfləri yox, yaxşı tərəfləri də soruşmaq olar. Əsas heyətdə oynatdıqlarım klublarında daim çıxış edənlər idilər. Ümidvaram ki, legioner həyatı sürənlər daha çox oynayacaqlar. İsrafilov böyük potensiala malikdir. Nazarov son oyunda 55 dəqiqə meydanda olub".
Baş məşqçi əks-hücumlar zamanı futbolçularımızın gec irəli atılmalarına dair suala cavab olaraq, ilk dəqiqələrdən onların müdafiədən hücuma tez keçdiklərini bildirib:
"Siz də 4 məğlubiyyətdən sonra irəliyə daha ehtiyatlı çıxmaq istərdiniz. Amma fasilədən sonra futbolçularıma dedim ki, çıxın oyununuzu oynayın".
Maltalı jurnalistin öz ölkəsinin yığmasının oyunu barədə sualına cavab olaraq, Prosineçki bildirib ki, rəqibin Xorvatiya ilə oyununu canlı izləyib. O, rəqibin ikinci hissədə millimizdən yaxşı oyun sərgilədiyini etiraf edib:
"Futbolda hər şey mümkündür. Rəqib qol da vura, hesabda irəli də çıxa bilərdi. Hər bir məşqçinin B planı olur. Amma sirri açmaq istəməzdim. Qarşıda oyunlarımız var. Bizə bu oyunda özünəinam, motivasiya üçün qələbə vacib idi. Yenə oyunlara gedəcəyəm. "Neftçi"nin oyunlarına da baxacağam. Bakıda qalacağam. Əlimizdən gələni edəcəyik ki, Norveçlə oyuna tam hazır olaq. Sabahdan bu oyunu fikirləşməyə başlayacağıq. İyunun 12-də səfərdə keçirəcəyimiz oyunadək futbolçularımızın öz üzərlərində işləyərək, fiziki durumlarını artıracaqlarına ümid edirəm".
Prosineçki kapitan Rəşad Sadıqovun zəif çıxış etməsi fikri ilə razılaşmadığını da bəyan edib: "Millidə potensiallı, gənc futbolçular var. Amma Rəşad Sadıqovun zəif çıxış etməsi fikri ilə razı deyiləm. Sözsüz ki, hər bir futbolçunun öz getmə məqamı var. Amma Rəşad hələ 2 ilədək yığmada çıxış edə bilər".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33