Robert Prosineçki qələbəni şərh etdi (MÜSAHİBƏ)
- Oyun haqda nə deyə bilərdiniz?
- Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir.
- Komandamız hesabı açandan sonra hücumun kəsəri azaldı. Niyə Məhəmməd Qurbanovu oyuna buraxıb onun necə hücumçu olduğunu Azərbaycan xalqına göstərmədiniz?
- Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.
- Yığmamız sanki qorxurdu. Bu geri çəkilmənin səbədi nə idi?
- Sözsüz ki, psixoliji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxdı.
- Razısızmı, bu gün millimizdə ən zəif Arif Daşdəmirovla Əfran İsmayılov idi?
- Sizinlə razı deyiləm. Bəli, onlar top itkilərinə yol verdilər. Əfranın böyük potensialı var. Bundan sonra daha yaxşı oyunlarını görəcəyik. Bu gün klublarında çox oynayan futbolçulara şans verdim. Ümid edirəm ki, legioner həyatı keçirən futbolçularımız da klublarında daha çox çıxış edəcək.
- Rahid Əmirquliyev hər zaman dağıdıcı oyunu ilə yadda qalıb. Bu gün isə onu fərqli ampluada gördük. Onun oyununu necə qiymətləndirirsiniz?
- Son dörd ayda Rahidin oyunlarını çox izləmişəm. O, stabil futbolçudur. Həmişə yaxşı oynayır, peşəkar futboçudur. Ondan çox razıyam.
- Maltanın ikinci hissədə belə gözəl oyun nümayiş etdirməyi sizi təəssüfləndirmədi ki?
- Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi. Malta istənilən komandaya çətinlik yarada bilər. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25