Xalq artistinin qardaşı oğlunu öldürən şəxs daha bir qətl törətdi
Rayon Polis Şöbəsindən verilən məlumata görə hadisə bu gün Ağsu şəhərinin Şakir Hacıyev küçəsindəki 6 saylı evdə baş verib. Həmin ünvanda kirayə yaşayan və Səməd Vurğun küçəsindəki 66 saylı mənzildə qeydiyyatda olan 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən, şəhərin Azadlıq küçəsindəki 20 saylı ünvanda qeydiyyatda olan və Heydər Əliyev prospektindəki 16 saylı evdə yaşayan 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Ağsu Rayon Polis Şöbəsindən o da bildirilib ki, Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilə bu gün səhər saatlarında Ağsu aşırımındakı “Ata yurdu” restoranının qarşısında Xalq Artisti, tanınış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb. Məlumata görə, Ramiz Ələkbərov şəxsi maşını ilə Ağsu aşırımı ilə Şamaxı rayonunadək gedib, sonra avtomobilini Şamaxıda yolun kənarında saxlayaraq yoldan keçən başqa avtomobilə oturub və onunla Qobustan rayonu Mərəzə qəsəbəsinədək gedib. R.Ələkbərov orada həmin avtomobildən düşərək naməlum istiqamətə gedib.
Hazırda respublikanın hüquq-mühafizə oqranlarının əməkdaşları bir gündə iki nəfəri amansızlıqla qətlə yetirən Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Ramiz Ələkbərovun hər iki şəxsi bir gündə öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Mərhum Mahir Mirzəyevin əmisi oğlu Vüsal Mirzəyev bildirib ki, Ağsuda böyük hörməti olan, insanlarla xoş və mehriban davranışı ilə seçilərin, heç kimə pisliyi dəyməyən, xeyirxah əməlləri ilə rayon sakinlərinin xatirəsində yaxşı insan kimi qalan sahibkar və incəsənətlə məşğul olan Mahir Mirzəyevin düşməni olmadığını və onun ölümünə görə heç kimdən şübhələnmədiklərini deyir.
Onu incəsənət adamları çox gözəl tanıyırdı. Bu gözlənilməz bir hadisəyə görə bütün qohumlarım şoka düşdüyünü deyən Vüsal Mirzəyev hüquq-mühafizə orqanlarından onu öldürən şəxsin tezliklə tapılaraq layiqli cəza verilməyini istəyib. Qeyd edək ki, Mahir Mirzəyev 10 ilə yaxındır ki, Ağsu aşırımındakı “Ata yurdu” restoranı işlədirdi. Mənbə
APA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33