“Avro-2016”nın dünən keçirilən Montoneqro – Rusiya oyunu zamanı qonaq komandanın qapıçısı İqor Akinfeyevə fişəng atan azarkeş saxlanılıb.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Luka Lazareviç adlı azarkeş özü könüllü polisə təslim olub.
 
Qeyd edək ki, "Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernaqoriya – Rusiya matçında xoşagəlməz hal yaşanıb.
 
Oyun başlayan zaman yerli azarkeşlərdən biri Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından zədə alan 28 yaşlı qolkiper xəstəxanaya aparılıb. Qarşılaşma isə dayandırılıb.
 
Milli.Az