Azərbaycan, Bakı, 28 mart /Trend/

“Avro-2016”nın dünən keçirilən Montoneqro – Rusiya oyunu zamanı qonaq komandanın qapıçısı İqor Akinfeyevə fakel atan azarkeş saxlanılıb. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Luka Lazareviç adlı azarkeş özü könüllü polisə təslim olub.

Qeyd edək ki, "Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernaqoriya – Rusiya matçında xoşagəlməz hal yaşanıb.

Oyun başlayan zaman yerli azarkeşlərdən biri Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fakel atıb. Başından zədə alan 28 yaşlı qolkiper xəstəxanaya aparılıb. Qarşılaşma isə dayandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az