AVRO-2016-nın seçmə mərhələsində V turun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, bu gün daha 9 qarşılaşma baş tutacaq.

A qrupunda Türkiyə Hollandiyanın qonağı olacaq. Çexiya Latviyanı, Qazaxıstan isə İslandiyanı qəbul edəcək.

B qrupunun lideri İsrail doğma meydanda 2-ci yerdə qərarlaşan Uelslə üz-üzə gəlcək. Seçmə mərhələyə uğursuz başlayan Bosniya və Herseqovina səfərdə Andorranın qonağı olacaq. Belçika isə Cənubi Kiprlə münasibətərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, H qrupunda yer alan millimiz Bakıda Malta ilə qarşılaşacaq. Yığmamızın rəqibləri Xorvatiya Norveçlə, İtaliya Bolqarıstanla üz-üzə gələcək.
Mənbə
ANS PRESS