"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku "Fənərbağça"nı çalışdıra bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu barədə Rumıniya Futbol Federasiyasının sabiq prezindeti Sandu məlumat verib.

O bildirib ki, "Fənərbağça" nümayəndələri rumıniyalı mütəxəssis ilə danışıqlar aparır: "Fənərbağça" Luçeskunun komandanın baş məşqçisi olmasını istəyir. Böyük ehtimalla, mövsümün sonunda "Şaxtyor"la müqaviləsi başa çatacaq Luçesku "Fənərbağça"nı çalışdıracaq".

Qeyd edək ki, M.Luçesku daha öncə Ukraynada yaşamağın çətin olduğunu və bu səbəbdən "Şaxtyor"dan ayrılmaq istədiyini söyləyib.

Xatırladaq ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı, 2002-2004-cü illərdə isə "Beşiktaş"ı çalışdırıb.

Milli.Az