Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev martın 28-də ölkəmizə yeni təyin olunmuş bir sıra dövlətlərin səfirlərinin etimadnamələrini qəbul edib.
"Report" xəbər verir ki, Seyşel Adaları, İrlandiya, Ekvador, Peru və Uruqvay diplomatları Dik Esparo, Brendan Uard, Humberto Vinueza Rodriqez, Xorke Abarka del Karpio və Anibal Kabral Seqalerba öz etimadnamələrini ölkə başçısına təqdim ediblər.
Görüşlər zamanı ikitərəfli münasibətlərə toxunulub.