Bakı, 28 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələrində 8,9 milyon manat həcmində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 22,6 faiz, toxuculuq sənayesində 79,7 faiz azalma, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında isə 3 dəfə artım müşahidə olunub.