Azərbaycan, Bakı, 28 mart /Trend/

Qahirədə metroda partlayış baş verib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bomba metronun Qahirə Universiteti stansiyasının yaxınlığında partlayıb.

Məlumata əsasən, 5 nəfər xəsarət alıb.

Yerli jurnalistlərin birinin Twitterində yazdığına görə, bir polis işçisi yaralanıb. Metro stansiyası polis tərəfindən əhatə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az