Rusiyanın "Soyuz" raketi Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb. Soyuz NASA astronavtı Skott Kellin, kosmonavtlar Mixail Kornienko və Gennadi Padalkanı stansiyaya çatdırıb. Onlar ilk dəfə olaraq bir il ərzində orbitdə qalacaqlar.

ANS PRESS-in məlumatına görə, bununla əlaqədar Baykonurda mətbuat konfransı təşkil olunub.

Tədbir çərçivəsində "Roskosmos" və NASA nümayəndələri 2024-cü ilə qədər Beynəlxalq Kosmik Stansiyanın işi haqqında sənəd imzalayıblar. Tərəflər həmçinin köhnə stansiyanın istismar müddəti başa çatdıqdan sonra yeni kosmik stansiyanın yaradılması haqqında razılıq əldə ediblər.

Rusiya nümayəndə heyətinin rəhbəri, "Roskosmos"un sədri İqor Komarov imzalanma mərsimindən sonra təşkil olunan mətbuat konfransında bildirib ki, daha əvvəl stansiyanın işinin 2020-ci ilə qədər uzadılması güman olunurdu. Biz Baykonurda NASA-dan olan həmkarımla ilk danışıqları keçirdik. 2024-cü ilə qədər Beynəlxalq Kosmik Stansiyanın işinin uzadılması haqqında razılığa gəldik. Gələcəkdə kosmik stansiyanın qapısı başqa iştirakçılar üçün də açılacaq.

O söyləyib ki, indi Rusiya tərəfi Ukrayna ilə kosmos proqramların uzadılması imkanını müzakirə edir, ancaq bəzi çətinliklər mövcuddur.

NASA rəsmisi Çarlz Bolden deyib ki, "Roskosmos"un və NASA-ın növbəti hədəfi Mars olacaq. Biz gələcəkdə hansı resurslardan istifadə etmək daha yaxşıdır, maliyyə, gələcək əməkdaşlıq çərçivələrini müəyyənləşdirmək, səyləri bölüşmək məsələləri müzakirə edirik.

Xatırladaq ki, beynəlxalq kosmos layihəsində Rusiyadan və ABŞ-dan başqa Belçika, Braziliya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Fransa, İsveçrə, İsveç, həmçinin Yaponiya iştirak edir.

Mənbə
ANS PRESS