Azərbaycan futbolunun veteranı Ağasəlim Mircavadov millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu öncəsi fikirlərini açıqlayıb. Milli.Az xəbər verir ki, azerisport.az-a açıqlamasında o, bunları söyləyib:

"Hamımız qələbə gözləyirik. Çünki bu qələbə indiki zamanda bizim üçün çox vacibdir. Amma yığmamızın sərgiləyəcəyi oyun da çox önəmlidir. Gələcək uğurlarımızın təməli ola biləcək yaxşı oyunun şahidi olmaq istərdim. Çünki nəticə ilə yanaşı, perspektivi də nəzərə almaq lazımdır. Yaxşı oyun hamımızda ümid yarada bilər. Pis nəticəyə inanmıram. Çünki oyunadək hər şey düzgün edilib".

Milli.Az