[ 28 Mart 2015 10:06 ]



Bakı. Cavid Zeynallı - APA. 2011-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən İsveç şairi Tomas Tranströmer vəfat edib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 83 yaşlı şair öz evində dünyasını dəyişib. 

 

Şairin ədəbi agenti Anna Tillgren bildirib ki, T. Tranströmer bir müddət idi xəstəlikdən əziyyət çəkirdi. 1990-cı ildə keçirdiyi beyin insultundan sonra şair nitq və hərəkət qabiliyyətini qismən itirib.

 

2011-ci ildə İsveç Kral Akademiyası Nobel mükafatına T. Tranströmerin layiq görülməsini onu “reallığa yeni baxış olan qısa, şəffaf, mənalı obrazlar” yaratması ilə əsaslandırıb.

 

T. Tranströmerin əsərləri 50-dən çox dilə, o cümlədən, bir neçə şeiri Azərbaycan tərcümə edilib.