Ərəb ordusu Yəmənə girir (VİDEO)
ANS TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə Husi üsyançılarının mövqelərini bombalaması nəticəsində 40 nəfər ölüb. Aviazərbələr əsasən, paytaxt Sənanın hava limanı ətrafına endirilib. Həmin bölgələrdə Husi üsyançılarına məxsus bazaların olduğu güman edilir.
Səudiyyə Ərəbistanı ilə paralel Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də əməliyyatlara dəstəyini ifadə edib. Amerika Birləşmiş Ştatlar Husi üsyançılarına qarşı görülən tədbirləri alqışlayıb.
Rusiya prezidenti Vladimir Putin isə iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yəmən və İraqdakı fəaliyyətini kəskin şəkildə tənqid edərək mövqeyindən əl çəkməyə səsləyib. Ərdoğan qeyd edib ki, İran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır ki, bu siyasət də qəbuledilməzdir:
“Biz Yəmən xalqının hamısına qardaş münasibəti bəsləyirik. Qardaşlarımızın hüquqları üzərində hər halda düşüncələrimizi ifadə etməliyik. Hələlik Yəmənə hərbi dəstək olmaq barədə bir söz demək istəmirəm. Bu doğru olmazdı. Lakin nəqliyat, təchizat və kəşfiyyat məsələlərində dəstək verməyə hazır olduğumuzu açıqladım”.
Rəsmi Tehranın Türkiyə prezidentinə cavabı özünü çox gecikdirməyib. İranın xarici işlər naziri Cavad Zərif dövlət xəbər agentliyinə bildiirib ki, strateji səhvləri və yüksək ambisiyaları ucbatından bölgəyə dağıdıcı ziyan vurmuş qüvvələr müdrik siyasi qərarlar verib regionda sülh və ərazi bütövlüyünü qorumağa çalışsalar yaxşı olar. Zərif ölkəsinin Türkiyəylə strateji münasibətlərinə yüksək dəyər verdiyini bildirsə də, indiki vəziyyətdə bütün ölkələrin regionda asayışın və sabitliyin qorunması istiqamətində lazımı addımlar atmalı olduğunu vurğulayıb.
Ölkədəki zorakılıqlardan qaçan prezident Əbd-Rəbbo Mənsur Hadi Səudiyyə Ərəbistanına sığınıb. Bəzi məlumatlara görə, o, sabah keçiriləcək Ərəb Liqası sammitində iştirak etmək üçün Misirə gəlib. Mənsur Hadi BMT-dən, həmçinin Ərəb Liqası ölkələrindən hərbi yardım edilməsini istəyib.
“CNN” xəbər verir ki, yəmənli şiələrə qarşı əməliyyata ərəb dövlətləri koalisiyasına daxil olan ölkələrdən 5 minədək əsgər və zabit yaxın günlərdə Yəmənə gələcək. Bu kontingentin əsas vəzifəsi Yəmən prezidentinin iqamətgahının yerləşdiyi Ədən şəhərinin təhlükəsizliyini təmin etməkdir. Yəmənin paytaxtı Sənanı nəzarətə götürən Husilər Ədən şəhərinə doğru hərəkət edirlər. Bu şəhər isə Qırmızı dənizdə hər gün 20 min gəminin, neft tankerlərinin keçdiyi Bab əl-Məndəb boğazının üstündə yerləşir. Belə bir vəziyyətdə Yəmən yeni, daha geniş müharibənin meydanına çevrilə bilər.
Mənbə
ANS TV: İlkin Kərimov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Pambıqdan yüngül planet kəşf edildi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08