"Avro-2016"nın seçmə mərhələsində millimizin qrupunda yer alan Xorvatiya yığması Norveçlə oyunöncəsi ciddi itki ilə üzləşib.

Qol.az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu Mateo Kovaçiç zədə səbəbindən Norveçlə görüşdə forma geyinə bilməyəcək.

Yığmanın həkimi Boris Nemeç təcrübəli yarımmüdafiəçinin dizində ağrılar olduğunu bildirib: "Aparılan tibbi müayinədən sonra Kovaçiçin diz çarpaz bağlarında zədə olduğu aşkarlandı. Dizindəki ağrılar artıb. Kovaçiç Norveçə qarşı oynaya bilməyəcək".

Qeyd edək ki, Xorvatiya millisi sabah "Avro-2016"nın seçmə mərhələsində evdə Norveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az