Serjdən Bakıya nüvə hədəsi
ANS PRESS-in məlumatına görə, erməni diplomatın başqa bir iddiası Azərbaycanın 1994-cü ildən bərqərar olmuş atəşkəs rejimini pozmaq istəməsi ilə bağlı olub.
Arman Kirakosyanın bu iddiası erməni mətbuatına Azərbaycana adekvat cavab barədə iddialar səsləndirməyə təkan verib. Erməni “şərhçilər” İrəvanın bunu cavabsız qoymayacağı barədə xəyali variantlar irəli sürməyə başlayıblar. Və təbii ki, bütün bu xəbərlərdə nə vaxtsa İrəvanda keçirilmiş hərbi paradda nümayiş etdirilmiş Skad raketlərinin şəkli dərc olunub. Erməni mətbuatı rəsmi İrəvanın bu raketlərlə Bakını vuracağını iddia etməyə başlayıb. Ermənistanın böyük xəyal ustası olan jurnalisti Levon Melik Şahnazaryan isə bir qədər əvvəl dərc etdirdiyi məqaləsində guya Ermənistanın əlində nüvə başlıqlarının olmasını, həmin raketlərə nüvə başlıqlarının yerləşdiriləcəyini iddia etmişdi. Bəzi erməni ekspertlər həmin raketlərlə Mingəçevir su anbarını vurmaqla hədələmişdi.
Lakin rusiyalı politoloq Aleksey Sinitsının bununla bağlı dedikləri ermənilərin sadəcə blef elədiyini ortaya çıxarır. Politoloqun dediyinə görə, İrəvanda nümayiş etdirilən Skad raketləri Rusiya hərbçilərinə məxsusdur və ruslar həmin raketlərdən ermənilərin istifadə etməsi üçün icazə verməzlər. Həm də Aleksey Sinitsının fikrincə, bu raketlər hətta İrəvanın əlində olsa belə, Azərbaycana heç bir zərbə vura bilməz. Poltoloq İraqdakı “Səhrada tufan” əməliyyatını xatırladıb. Həmin əməliyyat zamanı əlində 500 ədəd Skad raketləri olan İraq İsrailin heç bir hədəfini vura bilmədi, çünki “Petriot” sistemləri onları yolda zərərsizləşdirdi. “Azərbaycanın əlində olan S-300 zenit-raket kompleksləri “Petriot”dan heç nə ilə geri qalmır. Erməni “Skad”larının gücü barədə deyilənlər də şübhəlidir. Onların Azərbaycanın raket əleyhinə sistemini keçməsinə heç bir şansı yoxdur”,- deyə politoloq vurğulayıb.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33