Bakı, 27 mart, AZƏRTAC
Bakının Şəmsi Bədəlbəyli küçəsində təmir işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Bildirilib ki, bu gün səhər yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Axşam saatlarınadək Rəşid Behbudov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək olan hissəsdə bu iş yekunlaşacaq. Yaxın iki gün ərzində küçədə nəqliyyatın hərəkəti təmin olunacaq.