Şəki, 27 mart, AZƏRTAC
Yazın gəlişi ilə əlaqədar Şəki şəhərinin ərazisində, eləcə də rayonun qəsəbə və kəndlərində yaşıllaşdırma tədbirlərinə başlanılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yaşıllaşdırma tədbirləri çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun Orta Zəyzid kəndinin ərazisində 1600 ədəd meyvə və digər ağac tingləri əkilib.
Yaz mövsümündə rayon ərazisində 20 mindən çox müxtəlif növ ağac tinginin əkilməsi nəzərdə tutulur.
Martın ortalarından indiyədək Şəki-Oğuz magistral avtomobil yolunun kənarında, eləcə də rayonun digər ərazilərində 12 minə yaxın ağac əkilib.