BMT Təhlükəsizlik Şurası erməni təcavüzü nəticəsində Azərbaycanda uşaq hüquqlarının pozulması barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova çıxışında bildirib ki, uşaqlar əvvəlki kimi yenə də silahlı münaqişələr zamanı ən çox zərər çəkən qruplardan biridir. Azərbaycan nümayəndəsi məlumat verib ki, atəşkəs sazişinə məhəl qoymayan Ermənistan müntəzəm olaraq rejimi pozur və Azərbaycan uşaqları atəşlərin qurbanına, erməni snayperlərinin hədəfinə çevrilirlər. Diplomat uşaq hüquqlarının pozulmasında təqsirkar olanların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb, habelə Təhlükəsizlik Şurasını köçkün uşaqlara xüsusi diqqət yetirməyə, onların doğma yurdlarına qayıtmaq hüququnu bərpa etməyə çağırıb.
Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və nəticədə 650 min nəfərdən çox azərbaycanlı öz torpaqlarından qovulub. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni təcavüzünü pisləyən və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 1994-cü ilin mayında atəşkəs rejimi haqqında saziş imzalandıqdan sonra Ermənistan silahlı qüvvələri sazişi müntəzəm surətdə pozublar. Artıq məlum olduğu kimi, işğal edilmiş Qarabağ ətrafında və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca qoşunların təmas xəttində yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması nəticəsində həlak olmuş dinc əhali arasında uşaqlar da var. Məsələn, 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndinin doqquz yaşlı sakini Fariz Bədəlov Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olub. Bu, 1992-ci ildə Malıbəyli və Quşçular, Qaradağlı, Xocalı və Ağdabanda qadınlara və uşaqlara qarşı Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq siyasətinin davamıdır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33