Bənövşəyi, lil, lavanda rənginin çalarlarını demək olar ki, hər yerdə, bütün geyimlərdə görə biləcəyik. Bu rənglər modelyerlərin kolleksiyalarının nümayişində də dominantlıq ediblər.
Amma bir rəngdən istifadə məsləhət deyil. Yaxşı olan ki, bənövşəyinin çalarlarını başqa rənglərlə kombin edəsiniz. Qara və pastel tonlar istisnadır.
Qeyd edək ki, bir müddət öncə 2015-ci ilin ən əktual rəngi açıqlanmışdı. "Pantone Color Institute" - rəng institutunun ekspertlərinin fikrincə, ilin rəngi "marsala" olub. Yəni, zoğalı -qəhvəyi rəngin qarışığı.
Bu rəng adını Siciliyadan olan bir şərabdan götürüb.
Bənövşəyinin çalarları



Marsala rəngi



Mənbə
ANS PRESS