[ 27 Mart 2015 08:50 ]
APA-nın “TASS”a istinadın verdiyi xəbərə görə, bu barədə Almaniyanın Bild nəşrinə Lufthansa şirkətindəki mənbələr bildirib.
Nəşrin məlumatına görə, təhsildə fasiləyə səbəb gələcək ikinci pilotda psixi problemlərin yaranması olub. Məlumata görə, məhz dəfələrlə baş verən depressiyalara görə “Lufthansa” təlim mərkəzində (Feniks, ABŞ) Andreas Lubitsin təhsillə bağlı ciddi problemləri olub. O hətta bir müddət “uçuşa qeyri-yararlı” kateqoriyasına da daxil edilib. Nəşrin məlumatına görə, Andreas Lubitsdə psixi problemlərin olmasını daha bir fakt təsdiqləyir. Belə ki, onun Almaniya Federal Mülki Aviasiya Xidmətindəki şəxsi işində “xüsusi və müntəzəm tibbi müayinəyə ehtiyaclı” kimi qeyd var. Analoji qeydin Andreas Lubitsin pilot lisenziyasında da olduğu qeyd edilir.
Nəşr həmçinin “А320” təyyarəsinin göyərtəsində qəzadan əvvəl baş verənlərin bəzi təfərrüatlarını əldə edib. “Bild” qeyd edir ki, kabinəyə daxil ola bilməyən ekipaj komandiri qapını hətta balta ilə qırıb içəri keçməyə cəhd edib.