Bakı. 26 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilə Türkiyəli həmkarı Rəcəb Tayyip Erdoğan arasında telefon danışığı olub.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, iki lider, Suriya və İraqdaki vəziyyətlə yanaşı Yəmən və Ukrayna mövzularını müzakirə ediblər.
Iki milyona yaxın Suriyalı qaçqının Tükiyədə yerləşdirilməsinə görə Ərdoğana təşəkkür edən Obama, regional məsələlərdə Türkiyə ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.