Bakıda “Yer saatı” aksiyası keçiriləcək
"Report"un AZƏRTAC-a istinadən xəbər verir ki, “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Hər il mart ayının son şənbə günü (bu il martın 28-də) saat 20:30-da milyonlarla insan bu aksiyada iştirak edir. Həmin insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür. Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcəklər.
2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.
Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılacaq. Bundan başqa, “Critical Mass Baku” veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak edəcəklər. Layihə saat 22:00-da başa çatacaq.
“Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi əlaqələndiricisi IDEA (ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyidir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47