Milli.Az BBC-yə istinadən bildirir ki, hadisə Ranaqhat şəhəri yaxınlığındakı monastır və qızlar məktəbi ərazisində baş verib.
Hadisədən sonra 12 gün keçmiş Mumbay şəhərində yaxalanan şəxs Kəlküttəyə gətirilib.
Baş nazir Narendra Modi narahatlığını izhar edərək istintaqın gedişatı barədə məruzənin təqdim edilməsini istəyib.
Ötən həftə olayla bağlı Kəlküttə və bir sıra başqa şəhərlərdə etiraz aksiyaları keçirilib.
Polis cinsi təcavüzdə iştirak edən altı nəfərdən dördünün kimliyinin müəyyənləşdirildiyini deyir.
Milli.Az