Sürücülərə xəbərdarlıq edildi (VİDEO)
ANS TV-nin məlumatına görə, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır.
Elə buna görə də Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə xəbərdarlıq edib. Onun sözlərinə görə, bayramı qeyd etmək üçün bölgələrə və paytaxta səfər etmiş vətəndaşlar istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 27-28 də geri qayıdacaq. Ona görə də yollarda sıxlıq yaşanacağı ehtimal olunur. Şöbə rəisi sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir. Elə ekspertlər də baş verə bədbəxt hadisələrin qarşısının alınması üçün sürücülərə sükan arxasında tələsməməyi məsləhət görürlər.
Avtoekspert Ərşad Hüseynov avtomobili idarə edərkən təhlükəsizliyə əməl etməyi məsləhət gördü.
Bölgələrdən geri və ya əksinə qayıdan vətəndaşlar üçün nəqliyyat vasitələrinin sayı artırılıb.
Yol polisi kimi Nəqliyyat Nazirliyi də istirahət günlərinin bitməsi ilə əlaqədar paytaxta axının çox olacağını nəzərə alaraq öz növbəsində nəqliyyat vasitələrinin sayını artırıb. Məqsəd vətəndaşların gediş gəlişində heç bir problemin qeydə alınmamasıdır.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, xəttə buraxılan avtobusların sayı artırılacaq. Məqsəd- rayonlara sərnişinlərin gediş- gəlişini asanlaşdırmaqdır.
Hər iki qurum qeyri -iş günləri bitənədək gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyat Nazirliyində bununla bağlı xüsusi qərargah, Respublika Baş Dövlət Yol Polisi İdarəsində isə növbəli şəkildə iş rejimi təşkil olunub.
Mənbə
ANS TV, Vəfa Təyyarqızı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33