"Üzümdəki tüklərim məni əsla narahat etmir. Ərim də saqqalımı bəyənirdi. Hətta üzümdə tüklər çıxdığını görəndə saqqal saxlamağımı təklif etmişdi. Amma indi vəziyyət dəyişib. Saqqallı gəzməyimi istəmir. Bunun üçün də saqqalımı qırxmaq niyyətim var".
 
ABŞ-ın Kaliforniya ştatındakı Sanniveyl şəhərində yaşayan Annaliza Halkmən dünyanın nadir qadınlarından biridir. Onun sıx saqqalı var.
 
Milli.Az Beardspo-ya istinadən bildirir ki, Annaliza TLC telekanalındakı "Strange Love" proqramının yeni qəhrəmanıdır.
 
İnstagram-da "SnapShot Ninja" profili olan 30 yaşlı Annalizanın əri Devid isə deyir ki, arvadının saqqalını bəyənir: "Annaliza saqqalını qırxmaq istəyir. Onun bu qərarını bəyənmirəm. Mən Annalizanı olduğu kimi sevirəm və saqqallı gəzməsi də əsla problem deyil. Hər gün üzünü qırxmaqdansa saqqal saxlaması daha yaxşıdır".
 
Annalizanın dediyinə görə, 13 yaşı olanda üzündəki tüklərin codlaşmağa və sıxlaşmağa başladığını hiss edib. Qorxuya düşmüş qızı valideynləri müayinəyə aparanda bəlli olub ki, Annalizada yumurtalıq polikistozu var. Belə xəstəliyi olan qadıların bədənlərində və xüsusilə də üzlərində türk örtüyü sıxlaşır, qalınlaşır və uzanır.
 
5 il əvvəl ailə qurmuş Annaliza və Devid indi "saqqal məsələsi"ni həll etməyə çalışırlar.
 
"Yeniyetməlik illərimdə üzümdəki tüklərin insanları niyə belə ciddi narahat etdiyini anlamırdım. Məni ələ salır, gülür, təhqir edirdilər. Lakin sonra alışdım və bütün bunlara fikir vermədim. Bu, mənim həyatımdı və yaşamıma qarışmağa ixtiyarı yoxdur", - Annaliza söyləyib.
Onun sözlərinə görə, 3 il əvvəl saqqal saxlamağa başlayıb. Həmin vaxtadək gündə iki dəfə üzünü qırxırdı.
 
Annaliza onu da söyləyir ki, ailə qurandan sonra ərindən aldığı dəstək həyatını dəyişdi, yaşama inamını artırdı.
 
Amerikalı Natan Hörd də qeyri-adi insandır. Los-Anceles şəhərində yaşayan Hörd qaradərilidir. Amma onun dərisi qara deyil. Çünki 36 yaşlı Natan albinosdur.
 
Onun dərisində, gözlərində, saçlarında, ümumiyyətlə, qara piqment olmadığından Natan bəmbəyaz insan təsiri bağışlayır.
Albinizm xəstəsi olan Natan bu bəla nəticəsində görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkir. O, kitab və ya sənədləri oxuyanda zərrəbindən istifadə etmək məcburiyyətindədir.
 
Bundan başqa, Natanın gözlərində nistaqm olduğundan onun göz bəbəkləri bilaixtiyar olaraq irəli və geri hərəkət edir.
 
Milli.Az