Dünya Səhiyyə Təşkilatı: Azərbaycan vərəmin yayılmasının qarşısını sürətlə alır
Bakı, 26 mart, AZƏRTAC
Azərbaycan həbsxanalarında həyata keçirilən vərəm əleyhinə proqram bu xəstəliyin yayılmasının qarşısını sürətlə alır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Dünya Səhiyyə Təşkilatının (DST) hazırladığı məlumatda qeyd olunur. Xüsusi olaraq Azərbaycan təcrübəsinə həsr olunan yazıda bildirilir ki, Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb. Həbsxanalarda bu xəstəliklə mübarizə xüsusi diqqətdə saxlanılır.
“Həbsxanalarda vərəmi üzə çıxarmaq üçün biz son on ildə daim fəal çalışmışıq. Məhbuslar üçün xüsusi dispanser yaradılıb, DST-nin tövsiyə etdiyi bütün diaqnostika üsullarından istifadə olunan yeni laboratoriya təşkil etmişik”, - deyə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib. O həmçinin qeyd edib ki, həbsxanalarda qeyri-tibbi personal bu xəstəliyin əlamətləri, risk amilləri ilə bağlı mütəmadi məlumatlandırılır, onlara təlimlər keçirilir.
DST-nin Avropa Regional Bürosunun proqram meneceri Məsud Dara bildirib ki, həbsxanalarda vərəmlə mübarizənin Azərbaycan tərəfindən uğurla reallaşdırılmasını digər ölkələr üçün model kimi istifadə etmək olar.
Yazıda qeyd olunur ki, bu ilin mayında Azərbaycanda yaradılmış Vərəm üzrə Təlim Mərkəzində ilk beynəlxalq təlimlər keçiriləcək. Bu mərkəz ötən il artıq DST tərəfindən təşkilatın vərəmlə mübarizədə rəsmi tərəfdaşı kimi qəbul edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25