Dünyanın məşhur telekommunikasiya operatorları Azərbaycan bazarına cəlb olunacaq
Bakı, 26 mart, AZƏRTAC
Coğrafi məkan baxımından Avropa ilə Asiyanı birləşdirən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit imkanlarından faydalanmaq niyyətindədir. Data Mərkəzin yaradılması ilə Azərbaycan Şərqlə Qərb arasında tranzit informasiya HAB-ına çevriləcək.
Bu barədə AZƏRTAC-a məlumat verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev qeyd edib ki, ölkəmizdə Tier III səviyyəli Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) mövcudluğu regional bazarda marağı olan beynəlxalq operatorlar, o cümlədən ABŞ, Fransa, Almaniyanın tanınmış telekommunikasiya operatorları üçün səmərəli şərait yaradacaq. “Eyni zamanda, regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin bizim Data mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək. Bundan başqa, Data mərkəzin bank və digər maliyyə qurumları tərəfindən istifadə olunması üçün tələb olunan PCİ DSS standartı da tətbiq olunacaq. Hər Data mərkəz maliyyə tranzaksiyalarının uğurla aparılması üçün zəruri olan bu tələblərə cavab vermək iqtidarında olmur”, - deyə o qeyd edib.
Məzahim Quliyev mərkəzdə göstəriləcək xidmətlər haqqında da məlumat verib: “Data mərkəzdə göstərəcəyimiz xidmət növlərindən biri “Birgə yerləşmə” (“Colocation”) adlanır. Bu, müştərinin serverinin Data mərkəz ərazisində müəyyən haqq müqabilində yerləşməsidir. Həmin məbləğ enerji istifadəsindən, yerləşdirilən avadanlıqların istilik verməsindən, avadanlıqlara qoşulan ötürülmə kanalların ötürmə qabiliyyətindən, habelə rəflərin ölçü və çəkisindən asılıdır. Biz, həmçinin bəzi hallarda öz serverimizi də təklif edə bilərik. Bu isə bir başqa xidmətdir və “Dedicated adlanır. Bir qayda olaraq, bu zaman texnoloji sahənin bir hissəsi ciddi daxili təhlükəsizlik normalarına malik olan xüsusi müştərilər, maliyyə şirkətləri üçün ayrılır. Bu halda, Data mərkəz rabitə kanalları, enerji təminatı, soyutma və təhlükəsizlik sistemi təmin edən bir zona kimi çıxış edir, müştəri isə bu zonanın daxilində öz Data mərkəzini qurur”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05