Dollarla verilən kreditlər qanunsuzdurmu? (VİDEO)
ANS TV-nin məlumatına görə, Mərkəzi Bankın açıq valyuta mövqeyinə qoyulan limitləri ləğv etməsilə banklar krediti istədikləri valyutada vermək məsələsində daha da sərbəstlik qazandı. Yəni indi nə qanunlar, nə də heç bir normativ sənədlər banklara məhdudiyyət qoyur. Belə olan vəziyyətdə isə müştərilər seçim sərbəstliyini itirir. Bir sıra ekspertlər bunu qanunların boşluğu hesab edir. Məsələn, hüquqşünas Əkrəm Həsənov hesab edir ki, həm Mülki Məcəllədə, həm də Konstitusiyada ölkənin valyutası manat göstərilib. Buna görə, bankların krediti dollarla verməsi doğru deyil.
Qanunverici orqanda isə fərqli düşünürlər. Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü, iqtisadçı Vahid Əhmədov deyir ki, bu boşluq deyil. Sadəcə bundan əvvəl kreditin hansı valyutada olmasının fərqinə varmadan dollarla kredit götürən vətəndaşlar devalvasiya zamanı baş verənlərdən dərs çıxarmalı və daha diqqətli olmalıdır.
“Qanunda boşluq yoxdur. Hər zaman qeyd etmişəm ki, vətəndaşlar imzalanan müqavilələrə diqqət etsinlər. Müqavilələrdə hər bir şey öz əksini tapıb. Çünki banklar öz mənafelərinin daha çox müdafiə etmək istəyir. Məhz vətəndaşlar müqaviləni imzalamadan öncə yaxşı olar ki, oxusunlar”, – deyə Vahid Əhmədov bildirib.
Müqavilə ilə razılaşmayan vətəndaş digər banka müraciət edərsə, bu zaman banklar arasında müştəri uğrunda rəqabət yaranar. Nəticədə, banklar müştərini itirməmək üçün manatla da kredit verməyə məcbur olarlar.
Nəzərə alsaq ki, kiçik bir ölkə olan Azərbaycanda 45 bank var. Deməli vətəndaşlar daha düşünülmüş qərar verə və seçim edə bilərlər. Artıq bəzi banklar yaranmış vəziyyətdən yaxşı marketinq imkanı kimi yararlanaraq manatla kredit verdiklərini reklam etməyə başlayıb.
Mənbə
ANS-TV-Ayşəm Rüstəmova
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25