Moskvadakı 6 poliklinikanın 20-dək həkimi iş yükünün azaldılması və ödənişsiz əlavə işin ləğvi tələbilə tətilə başlayıblar.
 
"Bu gün aksiyaya 20 adam qatılıb. Daha 22 adam bir həftədən sonra qatılacaq", - regionlararası "Deystviye" həmkarlar ittifaqının nümayəndəsi Andrey Konoval deyib.
 
BBC-ə danışan tətilin təşkilatçılarından biri Anna Zemlyanuxina həkimlərin təlimatlara uyğun fəaliyyət göstərdiklərini və əlavə işdən imtina etdiklərini bildirib.
 
Səhiyyə sahəsində göstərilən iş cədvəlinə əməl olunacağını deyən Anna Zemlyanuxinanın sözlərinə görə həkimlər "elektron növbənin" nəzərdə tutduğundan əlavə pasientlərin qəbul edilməyəcəyi barədə rəhbərliyi məlumatlandırıblar.
 
Bu arada Moskva səhiyyə departamentinin nümayəndəsi İnterfaks agentliyinə "italyan tətili"nin baş tutmadığını deyib.
Səhiyyə rəsmisi paytaxtın tibbi müəssisələrində pasientlərin adi qaydada qəbul edildiyini bildirib.
 
Milli.Az