Bu gün mərhum sənətkar, xalq artisti Yaşar Nurinin nəvəsi Gülnarın bir yaşı tamam olur. Bu barədə Milli.Az-a sənətkarın kiçik qızı, Gülnarın xalası Ülkər Nuriyeva məlumat verib:

"Bu gün mənim həyatımda ən xoş günlərdən biridir. Gülnarımın bir yaşı tamam olur. O, xalasının ürəyidir. Allah qorusun, atalı-analı böyütsün. Amin!"

Ü.Nuriyeva bildirib ki, bacısı qızının doğum gününü geniş çevrədə qeyd etməyi düşünmürlər:
"Özümüz, ailəmizə yaxın insanlarla birgə qeyd edəcəyik. Çox istərdik ki, belə bir əlamətdar günü atamız da görsün. Amma qismət deyilmiş..."

Qeyd edək ki, Gülnar Yaşar Nurinin böyük qızı Ülviyyənin övladıdır.

İntiqam Valehoğlu
Milli.Az