Mahir Şükürov: "Qələbədən başqa nəticə qəbul edilməyəcək"
"Report"un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov jurnalistlərə açıqlamasında deyib.
Yığma komandanın bu gün baş tutan açıq məşqindən öncə brifinq keçirən müdafiəçi baş məşqçi Robert Prosineçki haqda fikirlərini bildirib. O, xorvatiyalı mütəxəssisin komandada təzə olduğunu və futbolçuların baş məşqçidən nəsə öyrənmək istədiklərini söyləyib. Ev oyununda qalib gəlməyin əhəmiyyətindən danışan Şükürov, bundan sonra digər oyunlar haqda fikirləşəcəklərini vurğulayıb:
"Maltanı evdə yenmək olar. Ancaq bu futboldur və sürprizlər olur. Əgər rəqibi saymayıb meydana çıxsaq, xal itirə bilərik. Bu səbəbdən rəqibə ciddi yanaşmaq lazımdır. Çıxıb öz oyunumuz oynasaq, 3 xal qazanmaq mümkün olacaq".
Futbolun sürprizlərlə dolu olduğunu bildirən 33 yaşlı futbolçu qələbədən başqa heç bir nəticəni qəbul etməyəcəklərini bildirib və azarkeşləri yenidən stadiona qaytarmaq istədiklərindən söz açıb. Onun sözlərinə görə, buna ancaq qələbə ilə nail olmaq olar.
Baş məşqçi Robert Prosineçkinin hücumameylli futbola üstünlük verdiyini vurğulayan Şükürov, Malta yığması haqqında ətraflı məlumat alacaqlarını qeyd edib: "Bu gün onlar Gürcüstan yığması ilə oynayırlar. Sabah isə baş məşqçi rəqib haqda ətraflı məlumat verəcək. Yoldaşlıq görüşündə onları udmuşduq (3:0). Ancaq həmin oyundan xeyli vaxt keçib və çox şey dəyişib".
O, öz sağlamlığı ilə bağlı da danışıb. Təcrübəli müdafiəçi bir müddət dizində bir az ağrının olduğunu, indi isə vəziyyətinin yaxşı olmasını bildirib: "Baş məşqçi məsləhət görsə, çıxıb oynayacağam".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25