Rusiyanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının Avropa çempionatının elit mərhələsi üçün heyəti açıqlanıb.

ANS PRESS-in məlumatına görə, komandaya 18 futbolçu cəlb olunub.

Azərbaycan əsilli Ramil Şeydayevin da adı siyahıda yer alıb. AFFA-nın millimizə cəlb etmək istədiyi "Zenit"in üzvü Rusiya yığmasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, Rusiya elit mərhələdə Belçika, Litva və İsveçlə bir qrupda yer alıb.
Mənbə
ANS PRESS