Qərb bölgəsindən olan məktəblilər qədim Naxçıvandan xoş təəssüratla qayıdıblar
Gəncə, 25 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Naxçıvan marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Gəncə, Samux, Göygöl, Ağstafa, Tovuz və Gədəbəy məktəbliləri martın 25-də böyük təəssüratla qayıdıblar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarını Gəncədəki Heydər Əliyev park-kompleksindəki Zəfər tağı qarşısında şəhərin rəhbər işçiləri, şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri və valideynlər qarşılayıblar. Məktəblilərin sevinci hədsiz idi.Onlar dövlət başçısının tapşırığına əsasən təşkil edilmiş bu tur-aksiyadan məmnun qaldıqlarını bildirir, Vətənimizin bir parçası olan qədim Naxcıvan torpağına səfərlərinə görə Prezident İlham Əliyevə minnətdarlıq edirdilər.
Qrupun rəhbəri, Gəncə təhsil idarəsinin metodiki mərkəzinin əməkdaşı Yasin Məmmədov məktəblilərin tur-aksiyadan aldıqları təəssüratları belə ifadə edib: “Dörd gün ərzində demək olar ki, bütün Naxçıvan torpağını gəzdik.Naxçıvan şəhəri ilə yanaşı Ordubad, Culfa, Şahbuz, Kəngərli, Şərur və digər rayonlarda keçirdiyimiz ekskursiyalar məktəblilərimizin yaddaşında silinməz izlər qoydu. Tur-aksiya zamanı Möminə Xatın və Qarabağlar türbələrini, Hüseyn Cavidin məqbərəsini ziyarət etdik, Şahbuz rayonundakı rəsədxanaya baxdıq. Naxçıvanın bir çox maddi-mədəni abidələri ilə yanaşı, müasir inkişafını öz gözlərimizlə gördük. Heydər Əliyev Mərkəzində və Gənclər mərkəzlərində, Tarix-Diyarşünaslıq muzeylərində olduq. Qrupumuzun üzvləri keçirilən intellektual oyunlarda fəallıqla iştirak edərək fəxri fərmanlar və xatirə hədiyyələri aldılar. Bir sözlə, dörd günlük tur-aksiya şagirdlərimizin yaddaşında silinməz izlər qoydu”.
Tur-aksiya iştirakçısı, Gəncədəki 15 nömrəli orta məktəbin XI sinif şagirdi Elvir Hüseynzadə sevincini ifadə edərək deyib: “Mənə belə gəlir ki, Azərbaycanın qədimliyini, füsunkar təbiətini və ən nəhayət müasir inkişafını Naxçıvanın timsalında daha aydın görmək olar. Onun maddi-mədəni abidələri ilə yaxından tanış olarkən qürur hissi keçirirdik. Biz məktəblilərə yaz tətili günlərində belə bir imkanı yaradan Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25